Pakistanın Baş naziri sabah İrana rəsmi səfər edəcək

  • 19:02 - 20 Aprel

Pakistanın Baş naziri İmran Xan aprelin 21-də ilk dəfə İrana ikigünlük rəsmi səfər edəcək.

Səfər zamanı o, İranın ali rəhbəri Seyid Əli Xamenei və ölkə Prezidenti Həsən Ruhani ilə görüşəcək. İmran Xanın keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrə dair məsələlərin, regional və beynəlxalq vəziyyətin müzakirə olunacağı gözlənilir.

Onu İrana səfərində Maliyyə, İnsan Hüquqları, Dənizçilik və Əyalətlərin Koordinasiyası nazirləri, həmçinin ticarət məsələləri üzrə müşavirlər müşayiət edəcəklər.


Oxunma sayı: 6578

Oxşar yazılar