Bakıda mənzildə 71 yaşlı qadının meyiti aşkarlanıb

  • 18:28 - 20 Aprel

Bakıda mənzildə 71 yaşlı qadının meyiti aşkarlanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avropa.info-ya verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 7249

Oxşar yazılar