Perunun keçmiş prezidenti 3 il müddətinə istintaq təcridxanasına göndərilib

  • 17:03 - 20 Aprel

Perunun keçmiş prezidenti Pablo Kuçinsk ölkə paytaxtı Lima şəhər məhkəməsinin qərarı ilə 3 il müddətinə istintaq təcridxanasına göndərilib. 

Məhkəmə məsələ ilə bağlı prokurorluğun vəsatətini təmin edib. 

Keçmiş prezident korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinir. 80 yaşlı keçmiş dövlət başçısı bu qalmaqal fonunda tutduğu vəzifəni tərk edib. 

Qeyd edək ki, Pablo Kuçinski 2016-2018-ci illərdə Perunun prezidenti olub. 

Xatırladaq ki, Perunun keçmiş prezidenti Alan Qarsiya da cari il aprelin 17-də özünü güllələyərək yaralamış və aldığı yaralardan xəstəxanada ölmüşdü.

 

 

 

report


Oxunma sayı: 4422

Oxşar yazılar