Paşinyan danışdı, arvadı mürgülədi...

  • 16:45 - 20 Aprel

Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərkən arvadı Anna Akopyan mürügləyib. Hadisə Paşinyanın “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım etməsi zamanı baş verib.

Ermənistanın hökumət başçısı ölkənin çiçəklənməsi üçün vətəndaşların könüllü ianələr verməsi ilə bağlı ideyalarını bölüşərkən arvadının yatdığını görüb.

“Anna, sənə maraqlı deyil? Sən mürgüləyirsən?”, - deyə soruşub.

Gülüş doğuran hadisədən sonra Paşinyan arvadının ABŞ-dan səfərdən təzə qayıtdığını və yorğun olduğunu izah edib.

Mənbənin yazdığına görə, canlı yayımın əvvəlində də Baş nazirin qızı otağa daxil olaraq qardaşı Aşotun hərbi xidmətdən nə vaxt qayıdacağını soruşub və buna görə də efir yarımçıq kəsilib.

 


Oxunma sayı: 5940

Oxşar yazılar