Türkiyə F-35-lər yerinə rus döyüş təyyarələri ala bilər

  • 13:43 - 20 Aprel

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması halında Ankara Rusiya istehsalı döyüş təyyarəsi texnologiyasını tərcih edəcək.

Avropa.info xəbər verir ki, jurnalist Burak Ege Bekdilin “Defense News”da yüksəkvəzifəli türk hərbçisinə istinadən yazdığı məqalədə F-35 təyyarələrinə mütləq alternativ tapılacağı deyilir. Mənbə F-35-in alternativinin nə olması ilə bağlı detalları açıqlamayıb. Amma digər türk vəzifəli şəxsin məlumatına görə, seçim zamanı Rusiya təyyarələrin ilk sırada olacaq.

“Amerikalı müttəfiqlərin müttəfiqlik anlayışı xaricində hərəkət etməsi və Türkiyənin proqramdakı üzvlüyünü şübhə altına alması halında rus döyüş təyyarəsi ən yaxşı seçim olacaq” – məqalədə deyilir.

Xatırladaq ki, Pentaqon Türkiyənin Rusiyadan S-400 HHM sistemi almasına qarşı təzyiq vasitəsi kimi F-35 təyyarələrinin bu ölkəyə verilməsinin təxirə salındığını bildirmişdi.


Oxunma sayı: 4554

Oxşar yazılar