Tərtərdə sahibkarı döyərək pul tələb edən şəxs tutuldu

  • 13:00 - 20 Aprel

Tərtər rayonunda sahibkarı döyərək pul tələb edən şəxs saxlanılıb.

Avopa.info Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Müseyibov Anar Ərzuman oğlu həmyerlisi, sahibkar Hümbətov Əvəz Məhəmməd oğlunun H.Əliyev prospektində icarəyə götürdüyü obyektə daxil olaraq qapını bağlayıb və hədə-qorxu gələrək ondan pul tələb edib.

Ə.Hümbətov otaqdan çıxaraq qaçıb. Küçədə Ə.Hümbətovun qarşısını kəsən A.Müseyibov isə onu söyərək döyüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci(xuliqanlıq) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb və A.Müseyibov saxlanılıb.


Oxunma sayı: 5115

Oxşar yazılar