“Yunanıstan beynəlxalq hüquq və müqavilələri açıq şəkildə pozur” – Hulusi Akar

  • 12:45 - 20 Aprel

Türkiyə müdafiə naziri Hulusi Akar demilitarizasiya zonası elan edilmiş adaları silahlandırımaqla Yunanıstanın beynəlxalq hüquq və müqavilələri açıq şəkildə pozduğunu bəyan edib.

Avropa.info xəbər verir ki, o, bu barədə Egey və Aralıq dənizlərində son proseslərə dair Anadolu Agentliyinin suallarına cavab verərkən danışıb. 

Türkiyənin beynəlxalq müqavilələrə daim hörmət etdiyini qeyd edən Akar “Yaxşı qonşuluq münasibətləri tərəfdarıyıq. Bütün qonşularımızdan da eyni formada hərəkət etmələrini gözləyirik”, deyib.

Akar Egey və Aralıq dənizində Kiprdə baş verən problemlərin sülh yolu ilə həll olunmasını istədiklərini bildirib.


Oxunma sayı: 5434

Oxşar yazılar