“Son dərəcə səhv addımdır” - Türkiyə XİN-dən Fransa prezidentinə etiraz

  • 11:15 - 20 Aprel

Türkiyə XİN mətbuat katibi Hami Aksoy Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) heyətini qəbul etməsini qınayıb.

Avropa.info xəbər verir ki, Aksoy Fransa prezidentinin SDQ heyətini qəbul etməsi ilə bağlı XİN-ə ünvanlanan sorğuya bu cavabı verib:

“Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri heyətini qəbul etməsini qınayırıq. Terror qollarına süni legitimlik qazandırmağa istiqamətlənmiş bu təşəbbüs müttəfiqlik münasibətləri ilə uzlaşmayan son dərəcə səhv addımdır”.

Aksoy Suriyanın siyasi birliyini və torpaq bütövlüyünü hədəf alan görüşlərə qarşı Türkiyə dövlətinin əks-tədbirlər görəcəyini istisna etməyib.


Oxunma sayı: 11385

Oxşar yazılar