Türkiyə-İraq sərhədində atışma – 4 türk əsgəri şəhid oldu, 6 yaralı

  • 10:59 - 20 Aprel

Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatları çərçivəsində dünən terrorçularla baş verən atışmada 4 türk əsgəri şəhid olub, 6 əsgər yaralanıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 4 şəhiddən ikisi ağır yaralı şəkildə xəstəxanaya çatdırılıb, lakin onları xilas etmək mümkün olmayıb. 

Terrorçular hava və qurudan intensiv atəşə tutulub. Ərazi üzrə antiterror əməliyyatları davam edir. 


Oxunma sayı: 6358

Oxşar yazılar