Türkiyədə faciə: Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu

  • 10:54 - 20 Aprel

Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Avropa.info xəbər verir ki, Kocaəli əyalətində baş verən qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edilir ki, azarkşlər Türkiyə liqasının "Kasımpaşa" - "Bursaspor" matçından geri dönürmüş.


Oxunma sayı: 5522

Oxşar yazılar