Bakıda qadın sürücü dayanacaqdakı piyadaları vurdu

  • 10:23 - 20 Aprel

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə Binqədi qəsəbəsində baş verib.

Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi KİA markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Oxunma sayı: 5929

Oxşar yazılar