Skandal : İmamoğlu kənardan gətirilən 3 "ekspertin" dövlətin məxfi sənədlərini kopyalaması haqda sərəncam verdi, məhkəmə sərəncamı ləğv etdi (Foto)

  • 19 Apr - 2019

İstanbulun yeni böyük şəhər bələdiyyə sədri Əkrəm İmamoğlunun ilk sərəncamı ölkədə qalmaqala səbəb olub. 

Avropa.info xəbər verir ki, Əkrəm İmamoğlu ilk sərəncamla  bələdiyyənin elektonik məlumat bazası və alt quruluşlarındakı Milli Kəşfiyat Təşkilatı və Prezident administrasiyasına aid məxfi  məlumatlarının kopyalanması haqda göstəriş verib.  

Sərəncamda bu işin dövlətin məxfi məlumatlarının kopyalanması üçün, bələdiyyə işçisi və ya dövlət məmuru olmayan 3 nəfər tərəfindən həyata keçiriləcəyi bildirilib. 

Qeyd edək ki, qanunla İstanbul bələdiyyəsi sədrinin sənədləri yoxlama səlahiyyəti olsa da, onları kopyalaşa səlahiyyətinə malik deyil. Digər tərəfdən bələdiyyədə olan dövlətin məxfi sənədləri də incələnə və kopyalana bilinməz. 

Məsələylə bağlı hüquqşunaslar və siyasətçilərin sərt təpkisindən sonra, İBB bir açıqlama yayaraq kopyalanan sənədlərin kənara çıxarılmayacağını bildirib. 

Axşam saatlarında isə İstanbul məhkəməsi məxfi sənədlərin kopyalanmasının qanuna zidd olduğunu bildirərək, Əkrəm İmamoğlunun sərəncamının ləğvi haqda qərar verib. 


Oxunma sayı: 154

Oxşar yazılar