Yaponiyada 258 qram çəkidə doğulan uşaq xəstəxanadan evə buraxılır

  • 22:04 - 19 Aprel

Yaponiyanın Naqano prefekturasında doğularkən 258 qramlıq çəkisi olan körpə həkimlərinin tövsiyəsi ilə evə buraxılır.

Avropa.info xəbər verir ki, hazırda uşağın boyu 43 santimetr, çəkisi 3374 qramdır. Onun aprelin 20-də xəstəxanadan evə buraxılacağı gözlənilir.

Hamiləlik dövründə anasının hipertoniyası artdığı üçün həkimlər körpənin inkişafından narahatlıq keçiriblər. Ötən ilin oktyabr ayında, hamiləliyin 24-cü həftəsində qadın qeysəriyyə əməliyyatı olunub. Ana bətnindən götürülərkən körpənin çəkisi 258 qram idi ki, bu da dünya üzrə anadan olan, həyatda qalan və normal inkişaf edən körpələr arasında ən yüngül çəki sayılır.

Həkimlərin sözlərinə görə, uşağın damarları iynədən nazik olduğu üçün ilk vaxtlar ona sistem qoymaq çətin olub.


Oxunma sayı: 5841

Oxşar yazılar