Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan “Pervin oğulları” gəmisi İzmir limanına gətirilib

  • 21:47 - 19 Aprel

Türkiyənin təhlükəsizlik qüvvələrinin aprelin 15-də Aralıq dənizinin neytral hissəsində təşkil etdiyi birgə əməliyyat nəticəsində ələ keçirilən, göyərtəsində 5 ton narkotik maddə və 6 şübhəli şəxsin olduğu “Pervin oğulları” adlı kiçik balıqçı gəmisi İzmir limanına gətirilib. 

Avropa.info xəbər verir ki, sahildən 1400 kilometr məsafədə ələ keçirilən gəmini İzmir limanına “SG Umut” gəmisi gətirib. 

Türkiyə xüsusi xidmət orqanları “Pervin oğulları” adlı gəmi vasitəsilə mütəşəkkil cinayətkar dəstənin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə bu il fevralın 2-də məlumat alıb. Məlumat əsasında dörd aydır aparılan məxfi əməliyyatlardan sonra aprelin 15-də gəmi saxlanılıb. Əməliyyatlar nəticəsində ümumilikdə 16 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitənin Avropa ölkələrinə aparılmasının planlaşdırıldığı bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 8448

Oxşar yazılar