Perunun sabiq Prezidentinin partiyasının üzvləri onun dəfninə gedərkən ölüblər - FOTO

  • 20:55 - 19 Aprel

Peruda baş verən yol qəzasında azı 6 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Onların hamısı Perunun vəfat etmiş sabiq Prezidenti Alan Qarsiyanın partiyasının üzvləri idi və mərhumun dəfn mərasiminə gedirmişlər.

Bu barədə milli polis polkovniki Xorxe Kastilyo məlumat verib.

Hadisə bu gün yerli vaxtla səhər saat 04:00-da (Bakı vaxtı ilə saat 13:00) Limada baş verib. Amerika Xalq İnqilabçı Alyansının (APRA) nümayəndə heyətini daşıyan avtobus körpüdə maneəyə çırpılıb. Nəticədə 5 nəfər salondan çölə çıxaraq körpüdən aşağı düşüb.

Yerli polisin məlumatına görə, 6 nəfər - iki qadın və dörd kişi ölüb. Ölənlərdən biri xəstəxanada keçinib. 23 yaralı xəstəxanadadır.

Avtobusda, ümumilikdə, 54 sərnişin olub.

Qeyd edək ki, aprelin 17-də Perunun sabiq Prezidenti Alan Qarsiya saxlanılarkən intihara cəhd göstərib. O, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

 

report


Oxunma sayı: 4785

Oxşar yazılar