“Azərbaycanlılar boş-boşuna danışıqlar aparır?!” - General Samveldən "Bir qarış da torpaq vermərik" deyənlərə sual

  • 19:45 - 19 Aprel

İndiki Madrid prinsipləri formatı Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilməz və bu məsələdə yeni yanaşmalar lazımdır.

Virtualaz.org xəbər verir ki, belə fikirlə Dağlıq Qarabağ ermənilərinin keçmiş hərbi rəhbəri, general Samvel Babayan çıxış edib. Babayan Ermənistanın baş naziri Nikol Paşinyanı “dayanmağa və istiqaməti dəyişməyə” çağırıb.

 

 

“Bir qarış da torpaq vermərik deyənlər Madrid prinsipləri əsasında danışıqları necə aparır? Azərbaycanlılar torpaq istəyir, onlar müzakirələri bu məsələ ətrafında aparırlar, boş-boşuna danışıqlar aparırlar?”-o sual edib.

 Babayana görə yaxın iki il ərzində Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşəcəyini gözləmək lazım deyil. Ona görə də erməni tərəfi fürsətdən istifadə edib ordunu gücləndirməlidir ki, diplomatlar daha güclü mövqelərdən danışıqlar apara bilsinlər.

 Samel Babayan “Dağlıq Qarabağ prezidenti” olmaq iddiasındadır, lakin qondarma rejim onun “seçkilərdə” iştirakını əngəlləməyə çalışır. Babayan 2016-cı ildə Moskvadan Yerevana qayıdıb, daha sonra silahlı çevriliş hazırlamaq şübhəsi ilə həbs edilmişdi.


Oxunma sayı: 4455

Oxşar yazılar