Kiyevdə Petro Poroşenkonun tərəfdarları mitinq keçirir

  • 19:27 - 19 Aprel

Ukraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər. 

Meydanda hazırda 1500-dək tərəfdar toplaşıb və bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb. 

Qeyd edək ki, bu gün axşam paytaxtdakı Olimpiya stadionunda prezidentliyə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat baş tutacaq.

 

 

report


Oxunma sayı: 4928

Oxşar yazılar