Koçaryan Avropa liderlərindən kömək istədi

  • 18:52 - 19 Aprel

Ermənistanın həbsdə saxlanılan ikinci prezidenti Robert Koçaryan Avropa liderlərinə müraciət edib.

“Euractiv” nəşrində məqalə ilə çıxış edən siyasətçi həbs olunmasına əsas verən 2008-ci ilin mart hadisələri barədə yazıb.

“Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir. Həbsxanada qanunsuz saxlanılıram və bunun əsas səbəbi populist Nikol Paşinyanın ünvanına səsləndirdiyim tənqidlərdir”, - deyə Koçaryan yazıb.

Onun sözlərinə görə, 2008-ci ilin 1 mart iğtişaşlarının yatırılması zamanı hüquq-mühafizə orqanları qanunun tələblərini pozmayıblar.(modern.az)


Oxunma sayı: 4653

Oxşar yazılar