Lukaşenko hakimiyyətdən gedir? – Belorus konstitusiyasına dəyişikliklər ediləcək

  • 17:55 - 19 Aprel

Belorus prezidenti Aleksandr Lukaşenko tezliklə ölkə konstitusiyasında dəyişikliklər ediləcəyini bəyan edib.

Avropa.info xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“Bu o demək deyil ki, biz Lukaşenkonun hakimiyyətdən getdiyi, amma əslində getmədiyi sistemi yaratmaq cəhdi edirik. Belorusda bu olmayacaq, mən siz dəqiq deyirəm. Mən öz şəxsi hakimiyyətim deyil, ölkənin gələcəyi haqda düşünürəm. Hakimiyyətdə çox qalmışam” – Lukaşenko bu barədə ənənəvi olaraq hər il xalqa və parlamentə etdiyi müraciətində deyib.

Lukaşenko özündən sonra varisinə konstitusiyanı köhnə halda qoymağa hazırlaşmır. Bu səbədən konstitusiya dəyişikliyinə gedəcək. O, digər hakimiyyət orqanları və qollarının səlahiyyətini artırmaq fikrindədir. 

Lukaşenkoya görə, ölkə başçısı kadr məsələlərini həll etməlidir, sahə və fermaları gəzməli yox.


Oxunma sayı: 7436

Oxşar yazılar