Binəli Yıldırım İmamoğluya verilən mandat haqda danışdı

  • 16:40 - 19 Aprel

Binəli Yıldırım İstanbulda cümə namazından sonra məscid çıxışında jurnalistlərə açıqlama verilib.

Avropa.info xəbər verir ki, seçki ilə bağlı danışan Binəli Yıldırım son qərarı YSK-nın verəcəyini bildirib:

“Seçkilər bitdi, başa çatdı və Vilayət Seçki Dairəsi də etirazları başa çatdırıb mandatı cənab İmamoğluna verdi. Mən də özünə “xeyirli olsun” dedim. Təbii ki, partiyamızın MHP-nin seçki nəticələri ilə bağlı etiraz prosesi hələ YSK-da davam edir. YSK təbii ki, məsələ ilə bağlı qərar verəcək. Hələlik vəziyyət budur. Son qərarı YSK verəcək. Məmləkətimizə, İstanbulumuza xeyirli olsun. Bu məsələdə deyiləcək sözlərim bundan ibarətdir. Sosial şəbəkə mesajı ilə “xeyirli olsun” dedim. Eşitməyənlər varsa, bir daha təkrar etmiş oldum”.


Oxunma sayı: 9163

Oxşar yazılar