Mərdəkanda naməlum qadın meyiti tapıldı – Foto

  • 19 Apr - 2019

Aprelin 17-si Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Meyitin xarakterik əlamətləri: boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsiyyəti məlum olmayan qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 


Oxşar yazılar