Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi

  • 19 Apr - 2019

Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri təşkilatının üzvləri ilə görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə Fransa prezidentinin sarayı məlumat yayıb. Açıqlamada prezident Makronun SDQ-yə dəstəyinin davam edəcəyi və buna təminat verdiyi bildirilir.

Görüşdə Suriyanın şimal-şərqi ilə bağlı məsələlər də gündəmə gəlib. Makron Suriyada mülki şəxslərə maliyyə yardımı veriləcəyi bildirilib.

Açıqlamada Fransanın Türkiyənin təhlükəsizliyi və Türkiyə-Suriya sərhədi boyunca gərginliyin azaldılmasına olan bağlılığının xatırlatdığı bildirilir.


Oxşar yazılar