“Seçim mübahisələrini arxada qoyaq. Diqqəti iqtisadiyyat və təhlükəsizlik üzərində cəmləyək” – Ərdoğandan siyasi qüvvələrə çağırış

  • 14:51 - 19 Aprel

“Qarşıdakı 4,5 ildə ölkəmizi fasiləsiz fəaliyyət dövrü gözləyir. Seçki mübahisələrini arxada qoyaraq iqtisadiyyat və təhlükəsizlik başda olmaqla diqqəti əsil gündəmimiz üzərində cəmləşdirmək lazımdır”.

Avropa.info xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində çıxış edib.

“Qarşıdakı 4,5 ildə ölkəmizi fasiləsiz fəaliyyət dövrü gözləyir. Seçki mübahisələrini geridə qoyaraq iqtisadiyyat və təhlükəsizlik başda olmaqla diqqəti əsil gündəmimiz üzərində cəmləşdirməyimiz şərtdir. Dövr əl sıxmaq, qucaqlaşmaq, birlik və birlikdəliyimizi birləşdirmək dövrüdür. Qayəmiz millətimizin rifahını artırmaq, təhlükəsizlik və azadlıq balansını qoruyaraq dövlətimizin təhlükəsizliyinə istiqamətlənmiş təhdidləri dəf edərək, Türkiyəni 2023 hədəflərinə çatdırmaqdır. Terrorla mübarizəmizi qətiyyətlə davam etdirərkən, inşallah ölkəmizin ehtiyac duyduğu əsaslı islahatları da həyata keçirməyə davam edəcəyik. Gücümüzü millətdən alaraq daim ortaq ağıla, ortaq vicdana millətimizi bir araya gətirən ortaq dəyərləri vurğulayaraq, kimsəni təcrid etmədən yadlaşdırmadan siyasətdəki hər kəslə Türkiyənin ortaq faydasında görüşməyin mübarizəsini aparacağıq. 2023 Türkiyəsini inşa edəcək olan yenə millətimizin özüdür. Ölkəmizin təhlükəsizliyini maraqlandıran məsələlərdə siyasi fikir ayrılıqlarımızı bir tərəfə qoyaraq, 82 milyonla bir yerdə Türkiyə İttifaqı kimi fəaliyyət göstərməliyik”.


Oxunma sayı: 4763

Oxşar yazılar