Sensasion iddia : Türkiyə Rusiyadan alacağı S - 400 havadan müdafiə sistemlərini Azərbaycan ərazisinə yerləşdirə bilər

  • 13:40 - 19 Aprel

Türkiyə Rusiyadan alacağı S -400 raket əleyhinə havadan müdafiə sistemlərini Azərbaycanvə ya Qətərdə yerləşdirə bilər. 

Avropa.info xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib. 

Rusiya İqtisadiyyat Universitetinin Siyasi Elmlər və Sosioloji Araşdırmalar kafedrasının rəhbəri, politoloq Andrey Koşkin, Rusiyanın "Sputnik" agentliyinə verdiyi müsahibədə S-400-lərin Azərbaycan və ya Qətər ərazisinə yerləşdirilməsinin mümkünlüyünü istisna etməsə də , lakin bunun müvəqqəti bir hal olacağını deyib.  

"Bu Gün Triumf raket əleyhinə müdafiə sistemləri ətrafında mürəkkəb bir vəziyyət var, həm ABŞ, həm də NATO vəziyyəti mürəkkəbləşdirdi. Rusiya ilə bağlanmış müqaviləni sonuna qədər həyata keçirməyə çalışan Türkiyənin NATO ilə problemləri yaranıb. Ankara  raket batareyalarının tez təhvil verilməsini istəyir. Ancaq bununla yanaşı, Türkiyəni S-400-ləri öz müttəfiqlərinin torpaqlarına yerləşdirməyə məcbur edən bir çox problem var. Türkiyə, hər tərəfdən gələn tələbləri stabilə etməyə çalışır. Bu, NATO-dakı problemləri həll etmək üçün batareyaların müttəfiq ölkələrə yerləşdirilməsi, daha sonra da düşünüldüyü şəkildə qurulması üçün lazımi texniki gediş ola bilər. 

Əslində hazırda S-400-lər Suriyada yerləşdirilib, oraya yaxın olan İsraildə isə F-35-lər uçur, buna görə də bu gün önə çıxaran bütün narahatlıqlar,  ABŞ tərəfindən süni şəkildə uydurulmuş problemlərdir. Bu uydurma problemlər, Türkiyənin birgə F-35 istehsalında yer almasından qaynaqlanır. Bu gün ABŞ son dərəcə narahatdır, onlar Türkiyənin hamıdan üzr istəməsini istəyir, lakin Ankara müstəqil siyasət aparır və nə Amerika, nə də hansısa başqa bir ölkə Türkiyənin belə bir şey etdiyini görə bilməyəcək məncə.

ABŞ prezidentinin köməkçisi  Mayk Pence Türkiyənin NATO üzvlüyündən çıxarılmasını tələb edir.  Lakin, Donald Tramp vəziyyəti bir az yumşaldır və Türkiyə ilə münasibətlərdə edilən səhvlər üçün daha çox Ağ Evin və Barak Obama administrasiyasının məsul tutulması lazım olduğunu söyləyir. ABŞ Türkiyəyə qarşı qatı bir siyasət apara bilmir və bu vəziyyət  Ankaraya tərəddüd etmədən S-400-ləri müvəqqəti olaraq müttəfiq ölkələrin torpaqlarına yerləşdirmə kimi müstəqil qərarlar qəbul etmək imkanı yaradır"- rus politoloq belə deyib.


Oxunma sayı: 6523

Oxşar yazılar