“Siyasi məqsədlərin üçün istifadə etmə” – "Taxt oyunları" yaradıcısından Trampa etiraz

  • 12:28 - 19 Aprel

HBO telekanalı ABŞ prezidenti Donald Trampı “Taxt oyunları” serialından siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

“ “Taxt oyunları” serialına olan marağı başa düşsək də, sonuncu mövsüm başlamışkən intellektual mülkiyyətimizə hörmət edilməsini və siyasi məqsədlərlə istifadə edilməməsini tərcih edirik” – telekanalın bəyanatında deyilir. 

HBO bu bəyanatla Trampın “Taxt oyunları” serialı tərzində “Twitter” hesabında paylaşdığı şəklə reaksiya verib. “Game over” (oyun bitdi) şərhli şəkil baş prokuror Uilyam Barrın xüsusi prokuror Robert Müllerin apardığı istintaqın Trampın Rusiya ilə heç bir əlaqəsini üzə çıxarmaması ilə bağlı açıqlamasından sonra paylaşılmışdı.

Qeyd edək ki, “Taxt oyunları” serialı ABŞ və dünyada çox populyardır. 


Oxunma sayı: 6754

Oxşar yazılar