İmamoğlu "PKK lideri Öcalana heykəl ucaldacayıq" deyən Demirtaşın müdafiəsinə qalxdı : "Demirtaşın mənə səs istəməsindən məmnunam" (Video)

  • 11:59 - 19 Aprel

 İstanbulun yeni  Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu dünən İraq Kürdüstanı telekanalı "Rudav"a müsahibə verib. 

Avropa.info xəbər verir ki, İmamoğlu müsahibəsində PKK terror təşkilatının siyasi qolu olan HDP-nin sədri, hazırda həbsdə olan Səlahəddin Demirtaşın müdafiəsinə qalxıb. 

Müxbirin "Seçkilərdən əvvəl Səlahəddin Demirtaş tvitterdə tərəfdarlarına müraciət etdi və bununla da onun seçicilərinin sizə səs verdiyi bildirilir. Bunu bildiyinizdə nə hiss etdiniz" sualına cavab verən Əkrəm İmamoğlu HDP liderinin müdafiəsinə qalxıb. 

"Cənab Demirtaşın siyasətdə aktiv olduğu dövrdə çəkdiyi cizgini bəyənənlərdən birincisi olmuşam . Həqiqətən də sülh, kompromis və ümumbəşəri dəyərləri önə çıxaran dili vardı. Bundan da çox məmnunluq hiss edirdim . Hətta öz adımdan bunun Türkiyə üçün bir fürsət ola biləcəyi və bir çox divarı dağıdacağını də dilə gətirdim. Bu gün də eyni qənaətdəyəm. Bu baxımdan belə siyasi xətti olan bir insanın mənim haqqımda müsbət bir şey deməsi, əlbəttə, məni xoşbəxt etmişdir. Təbii ki, bu ritorika seçicidə nə qədər təsirli olar, olmaz bu mənim biləcəyim bir şey deyil. Amma, əlbəttə, Demirtaş bu açıqlaması ilə məni xoşbəxt etmişdir" - İmamoğlu belə deyib.

Qeyd edək ki, HDP-nin keçmiş sədri Səlahəddin Demirtaş PKK terror təşkilatına dəstə vermə ittihamı ilə həbs olunub. Demirtaş bir çıxşında PKK terror təşkilatı rəhbəri Öcalanı lideri hesab etdiklərini bildirərək, Diyarbəkrdə Öcalanın heykəlini ucaldacaqlarını demişdi. O, eyni zamanda terrorçuların dəfninə qatılmayan HDP-li deputatları partiyadan uzaqlaşdıracaqlarını da bildirmişdi. 

Demirtaş eyni zamanda 2014-cü ilin 6-7 oktyabrında Diyarbəkrdə iğtişaşlara çağırış etmiş və PKK terror təşkilatının üzvləri onun çağırışı ilə 53 nəfəri qətlə yetirmişdilər. 2015-ci ildə Türkiyə xüsusi xidmət orqanlarının ölkənin şərqində PKK-ya qarşı keçirdikləri əməliyyatlara qarşı çıxan Demirtaş, Türkiyə Silahlı Qüvvələrini "cinayətdə" ittiham edirdi. 


QLnZ4z0sXAA

Oxunma sayı: 7546

Oxşar yazılar