Bu Afrika ölkəsində yeni məscid və kilsələrin tikintisinə qadağa qoyuldu

  • 12:03 - 19 Aprel

Afrikanın ən kasıb ölkəsi Burundinin ən böyük şəhəri və keçmiş paytaxtı Bujumburada yeni ibadətxanaların açılması qadağan edilib.

Avropa.info xəbər verir ki, Burundi DİN-nin yaydığı bəyanatda Bujumburada yeni məscid və kilsə açılmayacağını bildirib. Yeni ibadətxana açmaq istəyən dini qurumlar bunu şəhər xaricində, əyalətlərdə edə biləcək. Qərarla bağlı din adamları hələ ki, açıqlama verməyib.

2 milyona yaxın insanın yaşadığı Bujumburada son vaxtlar protestant məzhəbinə məxsus kilsələrin sayı sürətlə artır. Burundidə əhalinin 80%-i xristian, 10%-i isə müsəlmandır. 

Burundinin siyasi paytaxtı bu ilin əvvəlindən Gitega şəhərinə köçürülüb.


Oxunma sayı: 5291

Oxşar yazılar