Qapıçı Mahir Mədətovla toqquşdu, burnu sınddı – Foto

  • 12:02 - 19 Aprel

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la keçirilən görüşdə zədələnən "Keşlə"nin qapıçı Şahin Zəkiyevin durumu ciddidir.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında məlumat verib.

O, qonaqların hesabı açdığı epizodda Mahir Mədətovla toqquşan qolkiperin burnunda və almacıq sümüyündə sınıq olduğunu bildirib.

Əhmədov gənc qapıçının təcili olaraq birbaşa meydandan xəstəxanaya aparıldığını deyib.

Mahir Mədətov qapıçının burnunu sındırdı - FOTO

Oxunma sayı: 10197

Oxşar yazılar