İqtidar partiyasına səs verdi  - Səhvini başa düşəndə barmağını kəsdi

  • 11:41 - 19 Aprel

Dünyanın ən uzun müddətli səsvermə prosesinə malik Hindistanda tragikomik hadisələr də baş verir.

Avropa.info xəbər verir ki, Pavan Kaumar adlı seçici partiyaların simvollarını qarışdırıb iqtidar partiyasına səs verdiyini fərq edincə işarə barmağını kəsib.

Hadisə ilə video paylaşan Kumar Uttar Pradeş ştatının şimalında yerləşən Bulandşahrda səs vermək üçün seçki məntəqəsinə getdiyini, regional partiyaya səs vermək istədiyini, lakin bülletendə partiya simvollarının çoxluğu səbəbi ilə başının qarışdığını deyib. Kumar daha sonra səhvən iqtidardakı hindu millətçisi Hindistan Xalq Partiyasına səs verdiyini fərq edib.

“Fil üçün səs vermək istədim, ancaq səhvən çiçəyə səs verdim. Bu səhv üçün barmağımı kəsdim” – partiya simvolları haqda belə deyib.

Qeyd edək ki, Hindistan Xalq Partiyası loqosunda lotos çiçəyindən istifadə edir. Kumarın səs vermək istədiyi fil loqolu partiya isə Bahujan Samaj Partiyasıdır.


Oxunma sayı: 4807

Oxşar yazılar