Bakıda restoranda baş verən yanğın söndürülüb – Fotolar (Yenilənib)

  • 19 Apr - 2019

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11:35

Bakıda restoranda yanğın olub.

Avropa.info-nun ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən "Al Furat" restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.


Oxşar yazılar