AMEA əməkdaşının kitabının təqdimatı keçiriləcək

  • 11:30 - 19 Aprel

Aprelin 22-də saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçiriləcək. 

Gülnar Səma AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

 “Sözümüz sözdür” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir. 


Oxunma sayı: 11495

Oxşar yazılar