Fransa Rusiya sərhədinə qoşun göndərəcək

  • 11:15 - 19 Aprel

Fransa Estoniyanın Rusiya ilə sərhədinə 300 hərbi qulluqçu, 4 tank və 25 PDM göndərəcək.

Avropa.info xəbər verir ki, bu barədə Fransanın Estoniya səfirliyi məlumat yayıb. Hərbçilər Estoniyaya 23 apreldə gələcək və burada 2019-cu ilin avqustuna kimi qalacaqlar.

Fransız hərbçilərin yerləşdiriləcəyi Tapa şəhəri Rusiya sərhədindən 140 km məsafədədir. Diviziyanın tərkibinə fransız briqadası və Xarici Legionun muzdluları daxildir. Hərbi texnika dəmiryolu ilə gətiriləcək.


Oxunma sayı: 9042

Oxşar yazılar