ABŞ müdafiə naziri müavinindən Türkiyə açıqlaması

  • 11:00 - 19 Aprel

Albaniya müdafiə naziri Otlka Xaçka ilə birgə mətbuat konfransı keçirən ABŞ müdafiə naziri müavini Patrik Şanahan Türkiyə ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Şanahan Türkiyə müdafiə naziri Hulusi Akar ilə keçirdiyi görüş barədə suala cavabında bunları deyib:

“Nazir Akar, yəni onlar (türklər) strateji tərəfdaşdır və hər zaman həll etməli olduğumuz çətinliklər olacaq. Onun üçün burada ikən oturub danışdıq. Onunla görüşmək xoşuma gəlir. Bu da görüşlərdən biri idi. Hər hansı bir qeyd yoxdur. Harada ilişdik, necə çıxaraq kimi bir şey idi və mən bunu qeyd etdim: biz mövqelərdən çox mənfəətlərə diqqət verdik. 

Akara birgə istehsal olunan F-35 təyyarəsini Türkiyəyə təhvil verdikdə onu ziyarət etmək istədiyimi dedim”.


Oxunma sayı: 7414

Oxşar yazılar