İlin əvvəlindən Fransada 68 polis və jandarm intihara cəhd edib, onlardan 28-i ölüb

  • 22:55 - 18 Aprel

Fransada 25 yaşlı polis əməkdaşı özünü iş yerində öldürüb. 

Hadisə Parisdə yerləşən 25-ci polis bölməsində qeydə alınıb. 

Bu da son üç gündə Fransada intihar edən üçüncü polis əməkdaşıdır. 

Ölkənin daxili işlər naziri Krisrof Kastaner hadisədən sonra hüquq-mühafizə orqanlarında özünəqəsd hallarının qarşısının alınması məqsədilə təcili və təxirəsalınmaz tədbirlərə başlanıldığını bildirib. 

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, bu il ölkədə polis və jandarmlar arasında intihar halları artıb. Belə ki, ilin əvvəlindən Fransada 35 polis və 33 jandarm intihara cəhd edib. Onlardan 28 nəfəri ölüb. 

 

 

report


Oxunma sayı: 5863

Oxşar yazılar