Almaniyalı siyasətçilər azərbaycanlı miqrantların saxlanma şəraitindən dəhşətə gəldilər

  • 18 Apr - 2019

Aşağı Bavariyanın Deqqendorf şəhəri yaxınlığındakı qaçqınlar üçün mərkəzdə indi Azərbaycandan, Nigeriyadan, Seneqaldan və Syerra Leonedən Almaniyada sığınacaq istəyən 111 ərizəçisi qalır. Həmin mərkəz Avropa Parlamenti deputatlarının səfərindən sonra, hansı ki, orada insanların saxlanma şəraitindən dəhşətə gəlmişdilər, təcili təmir edilib. 

Virtualaz.org bildirir ki, bu barədə Bavariya nəşri “Platteinger Zeitung” yazıb. 

Nəşr yazır ki, aprelin 12-də Yaşıllar Partiyasından olan millət vəkilləri Gülseren Dəmirəl və Toni Şhuberl Deggendorfdaki qaçqınlar mərkəzinə baş çəkiblər. Onlar bir qayda olaraq qaçqınları yoxlayır, sonra onların Almaniyada qalmaları və ya deportasiya olunmaları barədə qərar verirlər. Siyasətçilər orada insanların saxlanması şəraitindən dəhşətə gəliblər və dərhal mərkəzin bağlanmasını tələb ediblər. Deqqendorf şəhəri polis idarəsinin direktoru Stefan Seyler onda siyasətçilərə söz vermişdi ki, mərkəz təcili təmir olunacaq. 

Nəşrin məlumatına görə, Aşağı Bavariya hökumətinin mətbuat katibi Liza Xeltsi dünən bildirib ki, qaçqınlar üçün mərkəzdə bütün yerlər təmir edilib və təzə avadanlıqlarla təchiz olunub. Xüsusən də yaşayış yerləri və sanitariya qovşaqları təmir edilib. Özü də təmir işləri təkcə binada yox, həm də mərkəzin ərazisində aparılıb. 

Bundan başqa, 19 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş, tək və uşaqlı qadınlar kimi həssas qaçqın qrupları üçün obyektlərin yaradılmasını nəzərdə tutan Zorakılıqla Mübarizə Bavariya Aktına uyğun olaraq, xüsusi mərkəz yaradılacaq. Xüsusi mərkəz Avropa deputatlarının ziyarət etdikləri qaçqınlar mərkəzinin müasirləşdirilməsinə dair bütün işlər başa çatdıqdan-iyulun 1-dən sonra istifadəyə veriləcək.


Oxunma sayı: 77

Oxşar yazılar