Prezident "Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqlədi – Maaşlar qalxdı
- 17:27 - 18 Aprel
Prezident İlham Əliyev "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Avropa.info xəbər verir ki, bununla da qanuna aşağıdakı dəyişikliklər edilib:
Maddə 1. "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 22.12-ci maddədə "20” rəqəmləri "10” rəqəmləri ilə əvəz edilsin;
1.2. 22.16-cı maddənin ikinci cümləsindən ", habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.”;
1.3. 28.6-cı maddənin dördüncü cümləsindən "və” sözü çıxarılsın;
1.4. aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:
"34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.
Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.