Mərdəkanda piyadanı vurub qaçmış sürücü saxlanıldı

  • 17:11 - 18 Aprel

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub.

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.


Oxunma sayı: 4048

Oxşar yazılar