Obamanın müşavirindən illər sonra acı etiraf: “Ərdoğana qulaq asmadıq, səhv etdik”

  • 16:38 - 18 Aprel

Amerikan Türk Şurasının idarə heyəti sədri, Barak Obama dövründə işləmiş sabiq təhlükəsizlik müşaviri Ceyms Cons PKK/YPG terror təşkilatı və ABŞ-ın təhlükəsizlik zonaları ilə bağlı keçmişdə apardığı siyasətin səhvlərlə dolu olduğunu deyib.

Avropa.info xəbər verir ki, Ceyms Cons Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “təhlükəsiz zona” təklifini dinləmədiklərini və səhv etdiklərini deyib.

Cons Obamanın Suriyada kimyəvi silahlardan istifadəni “qırmızı xətt” sayan, ancaq hərbi müdaxilədən uzaq qalan siyasəti haqda bunları deyib:

“ “Qırmızı xətt”in pozulmasından sonra Suriyada təhlükəsizlik zonası yaradılsaydı, o zaman qaçqın axınının da qarşısı alınardı. İraqın şimalında bu metod işə yaramışdı. “Qırmızı xətt” pozulduqdan sonra bunu etməmək strateji səhv oldu”.


Oxunma sayı: 6490

Oxşar yazılar