Rusiya Ukraynaya neft və neft məhsullarının satışına qadağa qoydu

  • 16:32 - 18 Aprel

Rusiya Ukraynanın sanksiyalarına cavab olaraq rus istehsalı xam neft və neft məhsullarının bu ölkəyə satışına qadağa qoyub.

Avropa.info xəbər verir ki, baş nazir Dmitri Medvedev Ukraynaya neft və neft məhsullarının satışına qadağa qoyduğunu açıqlayıb. Ukraynadan idxal olunan məhsulların “qara siyahı”sını genişləndirdiklərini qeyd edən Medvedev keçən ilki  qiyməti ilə 250 milyon dəyərində mexanizmlərin, yüngül sənaye və metallurgiya sahələrində istifadə olunan məhsulların qadağan olunmuş mallar siyahısına daxil edildiyini bildirib.

Xatırladaq ki, Ukrayna dəmiryolları işində istifadə olunan vasitə, avtomat və rabitə cihazları ilə vaqonlarda istifadə olunan bəzi ehtiyat hissələri sanksiya siyahısına daxil etmişdi.


Oxunma sayı: 12331

Oxşar yazılar