İrandan ABŞ-a güc nümayişi – Fotolar

  • 15:46 - 18 Aprel

İran Silahlı Qüvvələri “Milli ordu günü” münasibətilə ölkə miqyasında paradlar keçiriblər.

Avropa.info xəbər verir ki, paytaxt Tehranda keçirilən paradda prezident Həsən Ruhani və yüksəkvəzifəli komandirlər iştirak edib.

“Region xalqları əsrlərlə birlikdə yaşadı və heç bir problem çıxmadı. Qardaş kimi yaşadılar və qonşuluq hüququna riayət etdilər. Əgər bu gün problem varsa, bunun səbəbi İsrail və ABŞ imperializmidir. ABŞ təslim olmayan və hakimiyyətə boyun əyməyən qüvvələri sevmir. Gəlin birlikdə hərəkət edək regionumuz işğalçılardan təmizləyək” – Ruhani belə deyib.

Tehranla eyni vaxtda ölkənin digər əyalətləri və Bəsrə körfəzində də hərbi keçid mərasimləri keçirilib.

 

 


Oxunma sayı: 5533

Oxşar yazılar