Ramazan ayının başlama vaxtı açıqlandı

  • 15:36 - 18 Aprel

Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, Ramazan orucunun ilk günü may ayının 6-sıdır. Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.


Oxunma sayı: 4422

Oxşar yazılar