“Son nöqtəni YSK qoyacaq” – Ərdoğandan seçki açıqlaması

  • 15:10 - 18 Aprel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün “İşin gələcəy” konfransında çıxış edib.

Avropa.info xəbər verir ki, çıxışında məmurlar və həmkarlar təşkilatları ilə bağlı məsələlərə toxunan Ərdoğan seçki ilə bağlı da danışıb:

“Son 5 ildə 7 dəfə seçkiyə getdik. Biz heç vaxt seçki iqtisadiyyatına girişməsək də, seçkilərin iqtisadiyyat üçün ağır yük təşkil etdiyi də reallıqdır. Seçki dövründə baş verən mübahisələr artıq başa çatmış, hər kəs gündəlik həyatına istiqamətlənib. Seçki qanunu çərçivəsində edilən haqq axtarışı mübarizəsi demokratiyanın tələbidir. Kimsə haqq axtarışı mübarizəsinə qoşuldu deyə, bu mübarizəni aparanları həqarətlə təhqir edə bilməz. Məsələ partiyama toxununca niyə narahat olursunuz? YSK nöqtəni qoyduğu zaman bizim üçün də məsələ başa çatıb. Ondan sonra yola davam. Türkiyənin təhlükəsizliyi hər cür siyasi hesabdan üstündür. Xüsusilə, bu həssas dövrdə siyasətçilərin məsuliyyət hissi ilə hərəkət etməsi xüsusi əhəmiyyət kəsb edir”.


Oxunma sayı: 4873

Oxşar yazılar