Lavrovla ATƏT-in baş katibi Qarabağı müzakirə edəcəklər

  • 15:06 - 18 Aprel

ATƏT-in baş katibi Tomas Qreminger və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparacaqlar.

Avropa.info-nun ONA-ya istinadən məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, tərəflər aprelin 24-də Moskvada görüşəcəklər. Tomas Qreminger 8–ci Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak etmək üçün Rusiyaya səfər edəcək.


Oxunma sayı: 4147

Oxşar yazılar