Ərdoğandan qərar: Türkiyədə 5 nəfərin bank hesabına həbs qoyuldu

  • 12:02 - 18 Aprel

Yəmənli sabiq prezident Salih başda olmaqla 5 nəfərin Türkiyə banklarına olan hesablarına həbs qoyulması qərarı verilib.

Avropa.info xəbər verir ki, Türkiyənin "Rəsmi qəzet"ində prezident Rəcəb Tayyib Ərdoğanın imzasıyla yəmənli 5 nəfərin bank hesablarına həbs qoyulması qərarını yayımlayıb.

Qərara görə, BMT Təhlükəsizlik Şurasının 2140 (2014) 2216 (2015), 2402 (2018) ve 2456 (2019) sayılı qərarlarına uyğun olaraq, Yəmənin sabiq prezidenti Əli Abdullah Salihlə birlikdə 4 nəfərin Türkiyə banklarında və digər maliyyə qurumlarında olan hesablarının 26 fevral 2020-ci ilə qədər dondurulmasına və aktivlərə aid əməliyyatların Maliyyə Nazirliyinin icazəsinə verilib.

Bank hesabı dondurulan şəxslər bunlardır:

Əbd əl-Xaliq əl-Houthi - Husi qruplaşmasının Hərbi Komandanı - 1984-cü ildə anadan olub

Abdullah Yəhya əl-Hakim – Husilərin ikinci Komandanı

Əli Abdullah Saleh - Yəmən Mərkəzi Xalq Konqresi Partiyasının sədri – 1945-ci ildə anadan olub

Əbdülmalik əl-Husi

Əhmət Əli Abdullah Saleh – sabiq səfir– 1972-ci ildə anadan olub.


Oxunma sayı: 5643

Oxşar yazılar