Erməni hərbçi özünü güllələdi

  • 12:00 - 18 Aprel

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi döş qəfəsinin sol nahiyəsindən güllə yarası alaraq hospitala yerləşdirilib.

Bu məlumatı “Novosti Armeniya” yayıb.

Hadisə Yerevan yaxınlığındakı hərbi hissələrdən birində baş verib. Hərbçinin intihara cəhd etdiyi ehtimal olunur.

Bildirilib ki, 24 yaşlı hərbçi Narek S. Ermənistanın Kotayk vilayətinin sakinidir. Onun uniformasının cibindən qeyd aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis nümayəndələri və Xüsusi İstintaq Komitəsinin müstəntiqləri hospitala gediblər.

Hadisənin səbəbi araşdırılır.(report.az)


Oxunma sayı: 5874

Oxşar yazılar