“Atamın prezident olmaq təklifini rədd etdim” – İvanka Tramp

  • 11:11 - 18 Aprel

Keçən həftə Donald Tramp “rəqəmlərlə arası yaxşı olduğu üçün” qızına Dünya Bankının prezidenti olmağı təklif etmişdi.

Avropa.info xəbər verir ki, İvanka Tramp isə təklifə “Ağ Evin müşaviri olmaqdan məmnunam” cavabı vermişdi. İvanka Tramp atasının ona başqa yüksək vəzifələr təklif edib-etməməsi ilə bağlı suala “Bunlar ikimiz arasında qalsın” cavabı verib.

Qızının rədd cavabından sonra Tramp amerikalı iqtisadçı Devid Malpası bu vəzifəyə təyin edib. Ənənvi olaraq Dünya Bankının idarəçiləri ABŞ tərəfindən müəyyən edilir.

Tramp qızının diplomat keyfiyyətlərinə inandığı üçün ABŞ-ın BMT-də daimi nümayəndəsi təklifini də nəzərdən keçirdiyini demişdi.


Oxunma sayı: 7579

Oxşar yazılar