“Prezident seçilsəm Ali Radanı buraxacam” – Vladimir Zelenski

  • 10:55 - 18 Aprel

Ukrayna prezidentliyinə namizəd, “Xalqın xidmətçisi” partiyasının sədri Vladimir Zelenski prezident seçilən kimi Ali Radanı buraxacağını istisna etməyib.

Avropa.info xəbər verir ki, o, bu barədə RBK-Ukrayna agentliyinə müsahibəsində deyib.

“Mən vaxtında çata bilməyəcəyimdən qorxuram. Qanunları pozmaq fikrim yoxdur. Növbəti seçkilərə 6 ay qalmış parlamenti buraxmaq hüququmuz var. Bu vaxta yetişsək parlamentə buraxacağıq” – Zelenski belə deyib.

Zelenski Poroşenkonun məğlub olacağı təqdirdə böyük fraksiya toplayaraq parlamentdə müxalifət lideri olacağına inanmadığını deyib.


Oxunma sayı: 7304

Oxşar yazılar