Nazirlər Kabinetində yeni şöbə müdiri təyinatı olub

  • 21:47 - 17 Aprel

Nazirlər Kabinetində daha bir kadr təyinatı olub. 

Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Müsəddiq Əli oğlu Məmmədov Nazirlər Kabinetinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Vəfa Əliyeva bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. 


Oxunma sayı: 10813

Oxşar yazılar