Yaponiya məhkəməsi Okinava sakinlərinə kompensasiya ödənməsi barədə qərar qəbul edib - ABŞ hərbi təyyarələrinə görə

  • 20:02 - 17 Aprel

Yaponiya apellyasiya məhkəməsi Okinava prefekturasında yerləşən ABŞ hərbi bazasının yaxınlığında yaşayan və hərbi təyyarələrin gurultusundan əziyyət çəkən sakinlərə mərkəzi hökumətin kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Avropa.info xəbər verir ki, Futemma dəniz piyadaları bazasının yaxınlığında yaşayan təqribən 3400 sakin ABŞ-a bazadan istifadə icazəsi verən mərkəzi hökumətə qarşı kompensasiya ödənməsi barədə iddia irəli sürüb. Sakinlər, həmçinin təyyarələrin uçuşuna qadağa qoyulmasını tələb ediblər.

Okinavada yerləşən Naha dairə məhkəməsinin filialı 2016-cı ildə hökumətin 22 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib. Sakinlərin uçuşların dayandırılması barədə tələbi rədd edilib. Həm hökumət, həm də sakinlər məhkəmənin bu qərarından apellyasiya şikayəti veriblər.

Fukuoka apellyasiya məhkəməsinin Naha şəhərindəki filialında keçirilən məhkəmə iclasına sədrlik edən hakim Maşamiçi Okubo sakinlərin gurultudan əziyyət çəkdiyini təsdiq edərək, bunun onların hüquqlarını pozduğunu bildirib. Hakim kompensasiyanın məbləğinin 19 milyon dollaradək endirilməsi barədə qərar qəbul edib.

Sakinlərin uçuşların dayandırılması barədə tələbi bu dəfə də rədd edilib. Hakim bildirib ki, bu, hökumətin səlahiyyətləri çərçivəsində deyil.


Oxunma sayı: 5203

Oxşar yazılar