Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü - Yenilənib

  • 20:23 - 17 Aprel

Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib. 

“Andina” agentliyi xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib.  

O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.

***

Polis əməkdaşları Perunun keçmiş prezidenti Alan Qarsiyanı evində həbs etmək istəyərkən sabiq dövlət başçısı intihara cəhd edib.Məlumatı “Reuters” yerli polisə istinadən yayıb.

O, özünə tapançadan atəş açmağa cəhd göstərib. 

Sabiq prezident korrupsiyada ittiham olunur. 

Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub. 


Oxunma sayı: 9933

Oxşar yazılar